• $
  • €
  • ₽
  • ₺
  • £

Masallıdakı partlayışda yaralanan şagird Bakıya gətirilib

Masallıdakı partlayışda yaralanan şagird Bakıya gətirilib
24.03.2014 12:42
Qapı sexindəki partlayış nəticəsində yaralanan 17 yaşlı İman Əliyevin vəziyyəti ağırlaşıbMasallıda dünən baş verən güclü partlayışda ağır xəsarətlər alaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Əliyev İman Vüqar oğlunun vəziyyəti ağırlaşıb. ANS PRESS-in məlumatına görə, 11-ci sinif şagirdinin vəziyəti səhər saatlarında ağırlaşdığı üçün o Bakıya gətirilib. Həkimlər 17 yaşlı gəncin yaşamaq imkanını aşağı qiymətləndirirlər. Xatırladaq ki, 23 mart tarixində Masallı rayonunda güclü partlayış baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb.Kənd sakini Bəşir Mizəbala oğlu Əliyevə məxsus dəmir qapılar düzəldilən sexdə kənd sakini, 1964-cü il təvəllüdlü Gülağa Mirzağa oğlu Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb. Güclü partlayış nəticəsində qaynaqçı ölüb.Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Vüqar oğlu Əliyev və 1997-ci il təvəllüdlü Famil Habil oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yeniyetmə 11-ci sinif şagirdidir. Partlayışdan dərhal sonra onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Famil Habil oğlu Sadıqov dünən əməliyyat olunan zaman keçinib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol