Bakıda məktəb qarşısında atışma olub, ölən və yaralanan var - FOTO+YENİLƏNİB

Bakıda silahlı insident olub.Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınıb. Bir nəfər naməlum şəxs iki kişini güllələyib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə olunur. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, güllələnən şəxslərdən biri hadisə yerindəcə keçinib. Digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılır. Hazırda onların adı dəqiqləşdirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























