SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirilib

Martın 30-u səhər saatlarından, aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib, hava şəraitində təhlükə yarada biləcək istehsalat sahələrində işlər məhdudlaşdırılıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Martın 30-u axşam saatlarında aprelin 1-i gündüzədək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.
www.anews.az
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, küləyin sürəti 18-23 m/s təşkil edəcəyi gözlənilir. Martın 30-u axşam, 31-i gecə və səhər yarımadanın bəzi yerlərində küləyin 35 m/s-dək güclənəcəyi gözlənilir.
Zinyət Mehtiyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























