• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı açıqlanıb
30.03.2023 16:22
Ölkə ərazisində 2253 məscid var, onlardan 1500-ə qədəri gündəlik fəaliyyət göstərir. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində keçirilən "Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı toplantıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. 

 
"Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycan müstəqil olanda 17 məscid var idi. Eyni zamanda dini idarə edən kadrlar yox idi. Hazırda 2500 qədər məscid var ki, onlardan 1500-ə qədəri gündəlik fəaliyyət göstərir", - Mübariz Qurbanlı vurğulayıb.
 
Hazırda ölkədə Azərbaycan İlahiyyat İnstitutu və 5 dini təhsil müəssisə, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Ölkə ərazisində ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.

İşğaldan azad olunmuş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır.  67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb. 
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol