Sürücülərə müraciət: alternativ yollardan istifadə edin

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verir ki, sürət tabloları üçün nəzərdə tutulan portalın quraşdırılması işləri ilə əlaqədar olaraq saat 08:00-dan etibarən, Heydər Əliyev prospektində (Koroğlu metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Quraşdırılma işlərinin təxminən, saat 15:00-da yekunlaşdırılması planlaşdırılır. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























