• $
  • €
  • ₽
  • ₺
  • £

Azadlığa buraxıldı, 35 dəqiqə sonra yenidən həbs edildi

Azadlığa buraxıldı, 35 dəqiqə sonra yenidən həbs edildi
31.03.2023 12:20
Qubada həbsdən azad edilən şəxs 35 dəqiqə sonra yenidən həbs edilib.

Bu barədə "Qafqazinfo” məlumat yayıb.
 
Hadisə martın 26-da Quba Rayon Polis Şöbəsində baş verib.

Belə ki, martın 11-də Şabran rayonunun Uzunboyad kənd sakini olan 29 yaşlı Z.Səmədov (şərti) narkotik vasitələrdən istifadə ittihamına görə saxlanılıb və məhkəmənin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib. Martın 26-da saat 19:00-da onun cəza müddəti başa çatıb.

İttihama görə, Quba Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Yerindən sərbəst buraxılan Z.Səmədov əsəbi halda təhqiramiz ifadələr işlətməyə başlayıb. Polisin ünvanına nalayiq ifadələr işlədən şəxs saat 19:35-də yenidən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və Quba Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə 29 yaşlı şəxs törətdiyi əməli etiraf edib: "Həmin vaxt əsəbi olduğum üçün orada xidmət edən polislərin tələblərinə tabe olmamışam, həmçinin hadisə vaxtı sərxoş halda olmuşam. Barəmdə yüngül cəza verilməsini xahiş edirəm”.

Quba Rayon Məhkəməsinin qərarı ilə Z.Səmədova 10 sutka inzibati həbs cəzası verilib. Qərarda həbs etmənin əvvəlinin 26 mart saat 19:35-dən hesablanması qeyd edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol