• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə polis qadını döyüb? – DİN-dən açıqlama

Şəmkirdə polis qadını döyüb? – DİN-dən açıqlama
31.03.2023 15:42
Sosial şəbəkələrdə Şəmkir rayon Çinarlı qəsəbə sakini olan bir qadına qarşı zor tətbiq edilməsi ilə bağlı görüntülər təhrif olunmuş şəkildə təqdim edilib.
 
Bu barədə  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
 
Onun sözlərinə görə, mart ayının 30-da Şəmkir Rayon Polis Şöbəsinə Şəmkir İcra və probasiya Şöbəsindən rayon sakini Vəzifə Musayevanın icra işinə maneə yaratması və icra məmuruna qarşı zor tətbiq etməsi barədə akt, rayon sakini Vəzifə Musayeva tərəfindən isə icra məmuru tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
 
"İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir Rayon Məhkəməsində tələbkar vətəndaşın mülkiyyətində olan torpaq sahəsində olan 3 nəfər vətəndaşın çıxarılması ilə bağlı qərar qəbul edilərək İcra və Probasiya Şöbəsinə göndərilib. İcra məmurları vəzifə borclarını yerinə yetirən zaman Vəzifə Musayeva qanuni tələblərinə tabe olmayaraq onlara mane yaradıb, icra prosesi dayandırılmasa əməkdaşlara və özünə xəsarət yetirəcəyini bildirib. Niyyətinə nail ola bilmədikdə isə V. Musayeva özünə daşla xəsarət yetirərək İcra Xidmətinin əməkdaşları tərəfindən döyüldüyünü bildirərək polisə müraciət edib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir", - rəsmi açıqlamada bildirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol