Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri Gülnarə Xəlilova Rusiyada tutulub.
www.anews.az
İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü Gulnare Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Oten ilin mayında Baş Prokurorluq Gülnarə Xəlilova barəsində məlumat yayıb.
Sözügedən şöbənin sabiq müdiri Gulnare Xəlilova 5 ay ərzində xəzinədən 24 150 manat mənimsəyib.
Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























