• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda 31 mart Soyqırımı qurbanları yad edilib

Yasamal rayonunda 31 mart Soyqırımı qurbanları yad edilib
29.03.2023 13:50
31 mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə anım tədbiri keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,Yasamal bələdiyyəsinin rəhbərliyi, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 31 mart  soyqırımı haqqında qısametrajlı film nümayiş etdirildi və qeyd olundu ki, ermənilər tərəfindən tarix boyu xalqımıza qarşı törədilmiş bu cinayətlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmanda tam dolğunluğu ilə öz əksinin tapmış və bununla da azərbaycanlıların soyqırımına siyasi və hüquqi qiymət verilmişdir.
Tədbirdə  geniş məruzə ilə Milli Məclisin deputatı Anar İsgəndərov çıxış etdi.
 
Qeyd etdi ki, tarix boyu təcavüzkar siyasət yeridən "böyük ermənistan” xülyasından əl çəkməyən ermənilər xalqımızı zaman-zaman soyqırıma məruz qoymuş, havadarlarının dəstəyi ilə bizi əzəli torpaqlarımızdan çıxarmağa çalışmışlar. 1918-ci ilin mart ayının 30-dan aprel ayının 1-dək Bakı şəhərində 10 mindən çox soydaşımızın vəhşicəsinə qətlə yetirmişlər. Erməni millətçiləri keçən əsrin müxtəlif mərhələlərində – 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmişlər.
 
Qeyd olunub ki, Azərbaycan tarixinin faciəli səhifələri unudulmamalı, tarixi həqiqətlər gənc nəsillərə çatdırılmalıdır.
 
Bu, gələcəkdə yeni faciələrin baş verməməsi üçün son dərəcə vacibdir.
Tədbir İncəsənət Gimnaziyası tələbələrinin ifasında bədii kompozisiya ilə başa çatdı.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol