• $
  • €
  • ₽
  • ₺
  • £

İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb

İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb
01.04.2023 16:15
Azərbaycanda dövlət qurumlarının istifadəsi üçün yaradılmış Mərkəzləşdirilmiş elektron poçt xidmətinin Rusiyanın "Winter Vivern” adlı kiberqruplaşması olan "Zimbra Colloboration” serverləri ilə əlaqəsi yoxdu.

Bu barədə  dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Məlumata görə, "Zimbra”ya rəqib olan "Proofpoint” şirkətinin açıqladığı hesabatda "Zimbra Colloboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsi ilə bir sıra ölkələrdə kiberkibercasusluq əməliyyatları etdiyi iddia olunur.

"Sözügedən hesabatda Azərbaycanın da hədəflər içərisində olduğu qeyd olunsa da, bu hədəflərə qarşı kibercasusluğun uğurlu və ya uğursuz olması barədə heç bir məlumat verilməyib.

"Dövlət qurumlarının istifadəsi üçün yaradılmış elektron poçt xidməti "Zimbra" platforması üzərində qurulmayıb. Hazırda Xidmətimiz tərəfindən 250 dövlət qurumunun 500-dən çox domeni üzrə 30 000-ə yaxın istifadəçisinə xidmət göstərilir. Mühafizə olunan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən isifadə etməyən digər dövlət qurumlarının bu şəbəkəyə inteqrasiyası cari ilin sonuna kimi başa çatdırılacaqdır", - Xidmətdən bildirilib.

Qeyd olunub ki, Xidmət tərəfindən qurulan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür:
"Ümumilikdə isə dövlət qurumlarına qarşı kiberhücumlar daima həyata keçirilir. Bunların arasında kiberşpionaj məqsədi ilə saxta domenlərin yaradılması və hesabların ələ keçirilməsinə cəhd halları da müşahidə olunur. Ötən il mütəxəssislərimiz tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilmiş, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb.”

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol