Bakının mərkəz küçələri bağlandı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Səməd Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində (Heydər Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində) aparılan təmir işləri ilə əlaqədar yol bağlıdır.
Sürücülərə alternativ olaraq Cəlil Məmmədquluzadə küçəsi və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.
Digər məlumata əsasən, sürət tabloları üçün nəzərdə tutulan portalın quraşdırılması işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospekti - Əsas yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yoldan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Heydər Əliyev prospektində təmir işləri təxminən saat üçə kimi davam edəcək.
Oxu.az
























