• $
  • €
  • ₽
  • ₺
  • £

"Profil şəklimizi kitab edək" - KAMPANİYA

"Profil şəklimizi kitab edək" - KAMPANİYA
23.03.2014 13:51

"Facebook"da fəal olan gənclər yeni kampaniyaya başlayıb.

20 minə yaxın üzvü olan "Kitabevərlər" qrupunun fəalları "Profil şəklimizi kitab edək" şüarı ilə geniş təbliğata start veriblər.

Bu barədə Kult.Az-a danışan qrup yaradıcısı Rəşad Babalı deyir ki, bunu sırf kitabın təbliği və mütaliəyə cəmiyyətdə daha çox dəyər verilməsi üçün edirlər: 

"İstəyirik ki, sosial şəbəkələrdə profil şəkilləri kitabla çəkdirilən şəkillər və ya sırf kitab rəsmləri olsun. İctimaiyətdə tanınan şəxslər də belə şəkillər çəkdirib bu kampaniyaya qoşulduqlarını elan etsələr, yaxşı olar. Beləliklə əgər uğurlu olacaqsa, kitab cəmiyyətin çox hissəsinə çatacaq. Bu məsələ ilk baxışdan bəsit bir şey kimi görünsə də, nəticədə kitab insanların həyatlarının bir parçası olacaq. Televiziyalar da sosial şəbəkələrdə səs-küy gətirən bu kampaniya barədə danışmağa məcbur olacaqlar.  İnanırıq ki, hazırda cəmiyyət tərəfindən unudulmuş kitab belə kampaniyalar nəticəsində daha yuxarılara qalxacaq", - deyə R.Babalı vurğulayıb.

Artıq onlarla gənc öz profil şəklini "kitablı" edərək, kampaniyaya qatılıblar. 

Qaynar.info

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol