• $
  • €
  • ₽
  • ₺
  • £

Formula 1: Bakı Marşal Klubu məktəblilər üçün təlim keçib

Formula 1: Bakı Marşal Klubu məktəblilər üçün təlim keçib
02.04.2023 13:31
Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində məktəblilər üçün təlim keçib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH)  verilən məlumata görə, BŞH-nın nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun təlimlərində SABİS, Landau, 132 və 134 saylı məktəblərin şagirdləri iştirak ediblər.

Ümumilikdə 75 məktəbli Formula 1 avtoidmanı və marşallıq fəaliyyəti ilə bağlı keçirilən təlimdə nəzəri-praktiki biliklərə yiyələnib.

Təlim zamanı Formula 1 maşınlarının texniki xüsusiyyətləri, marşalların bu idman növündə rolu və onların fəaliyyətinin əhəmiyyəti barədə məlumat verilib. Bununla yanaşı, şagirdləri maraqlandıran bütün suallar cavablandırılıb. Sonda isə məktəblilərə hədiyyələr və sertifikatlar təqdim olunub.

Təlimdən sonra şagirdlər Azərbaycan Avtomobil Federasiyası sürücülərinin Volkicar maşınları ilə göstərdiyi şounu izləyiblər.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 apreldə olacaq.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol