Bakıda dəhşətli qəza: 1 yaşlı uşaq öldü

Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində “Subaru Forester” və “Kia” markalı iki avtomobil toqquşub.
Nəticədə “Subaru”da olan sürücünün 1 yaşlı övladı Rzayev Sadiq Əkbər oğlu hadisə yerindəcə keçinib. Daha 4 nəfər isə ağır yaralanıb.
Bildirilir ki, “Subaru” markalı avtomobil yola arxa-arxaya çıxarkən yüksək sürətli “Kia”nın zərbəsinə tuş gəlib.
Qəzada yaralananlar arasında həlak olmuş azyaşlının atası və digər ailə üzvləri də var.
Faktla bağlı araşdırma aparılır.
Lent.az
























