• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda velosiped yarışı başladı - FOTOLAR

Azərbaycanda velosiped yarışı başladı - FOTOLAR
23.03.2014 12:00

 Martın 22-də Xızı rayonunda velosiped idmanının şose növü üzrə Federasiya Kuboku yarışına start verilib. ANS PRESS-in məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının illik təqvim planına əsasən fərdi növlər üzrə təşkil olunan yarışda qurumun nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-dən artıq idmançısı iştirak edir. 

Üstəlik, Azərbaycanın Elit və U-23 milli komandalarının üzvləri, ölkəmizin ilk peşəkar kontinental velosiped klubu "Synergy Baku"nun üzvləri Aqşin İsmayılovla Tural İsgəndərovun da Federasiya Kubokunda iştirak etməsi yarışa olan marağı daha da artırıb.

Yürüş zamanı Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) qaydaları tətbiq olunur. Proqrama əsasən, ilk gündə Elit, U-23 və gənclər arasında 26 km, U-17 və qızlar arasında 15 km, U-15 yaş qrupu üzrə oğlanlar arasında isə 6 km məsafəyə vaxtla fərdi ötüşmədə ən güclülər müəyyənləşib.

Nəticələrə gəlincə, 25 km məsafəyə mübarizədə Tural İsgəndərov 37 dəqiqə, 59 saniyə göstərici ilə bütün rəqiblərini geridə qoyub. Aqşin İsmayılov Turala 1 dəqiqə, 34 saniyə uduzmaqla 2-ci olub. Azərbaycanın U-17 komandasının üzvü, "Lokomotiv" klubunun təmsilçisi Kərim Şirəliyev 15 km məsafəyə mübarizədə bütün rəqiblərindən üstün olub - 25 dəqiqə, 26 saniyə.

Ən kiçiklərin yarışına gəlincə, 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin təmsilçisi Xankişi İskəndərov 6 km məsafəni 11 dəqiqə, 22 saniyəyə başa vurmaqla ən yaxın izləyicisi, komanda yoldaşı Ravil Xıdırovu 2 saniyə qabaqlayıb.

Martın 23-də yarış saat 12:00-da start götürəcək. Həmin gün Elit, U-23 və gənclər dağa fərdi ötüşmədə (2x3,5 km), U-17 qızlar isə 3,5 km məsafədə yarışacaqlar.

Yarışın təşkilində əsas məqsəd velosiped idmanının populyarlaşmasına və kütləviliyinə nail olmaq, həmçinin yığma komandalara namizəd velosipedçilərin hazırlıq səviyyəsini yoxlamaqdır. Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafati ilə təltif ediləcək.

ANS PRESS

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol