• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 167 avtomobil qaçırılıb - RƏSMİ

Ötən il 167 avtomobil qaçırılıb - RƏSMİ
03.04.2023 11:00
2022-ci ildə ölkə üzrə qaçırılan nəqliyyat vasitələrinin sayı 167-yə çatıb. Bu rəqəm 2021-ci ildə yüz səksən bir olub. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, respublikanın rayonlarında qaçırılan 73 avtomobildən 72-si, Bakı şəhəri üzrə qaçırılan 94 avtomobildən 92-si tapılıb.
 
"Nəqliyyat vasitələrinin qaçırılması hallarına qarşı aparılan mübarizə tədbirlərinin statistikası uğurlu nəticələrdən xəbər versə də, təhlillər göstərir ki bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan bir sıra amillər də mövcuddur. Belə ki, bu növ cinayətlərin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, işıqlandırılmayan yol sahələrində saxlanılan, səsli həyəcan siqnalı ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan, eləcə də istehsal ili köhnə olan) nəqliyyat vasitələri olur ki, bu da sonradan xoşagəlməz nəticələrə gətirib çıxarır" - məlumatda bildirilib.
 
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu kimi cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün nəqliyyat vasitələrini park edərkən, yaxud dayanma-durma zamanı yuxarıda göstərilən hallara diqqət yetirməyə çağırıb.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol