Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ölüb- FOTO

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sürücü İbrahimli Fərhad Vüqar oğlu da hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri olub.
Fərhad İbrahimli idarə etdiyi "VAZ-2107” markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
****
Ağcabədidə Azərbaycan Ordusunun hərbi qulluqçusu yol-nəqliyyat qəzası nəticəsində vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, hərbiçi Tovuzun Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Emin Nizami oğludur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























