• $
  • €
  • ₽
  • ₺
  • £

McDonald's ABŞ ofislərini müvəqqəti bağlayır - The Wall Street Journal nəşri

McDonald's ABŞ ofislərini müvəqqəti bağlayır - The Wall Street Journal nəşri
03.04.2023 11:22
McDonald's ABŞ-dakı ofislərini müvəqqəti bağlamaq qərarına gəlib. Bu barədə "The Wall Street Journal” nəşri məlumat verib. 
 
Qəzetin yazdığına görə, McDonald's rəhbərliyi işçilərə tədarükçülərlə bütün görüşləri və şirkətin ofislərində keçirilməsi planlaşdırılan digər tədbirləri ləğv etməyi tövsiyə edib.
 
"Aprelin 3-dən başlayaraq həftə ərzində təşkilat üzrə vəzifələr və işçilərin sayı ilə bağlı mühüm qərarları açıqlayacağıq", - şirkət rəhbərliyinin bəyanatında deyilir.

Nəşr ixtisar ediləcək işçilərin dəqiq sayını vermir. The Wall Street Journal yazır ki, bütün dünyada McDonald's-da ən azı 150.000 işçi çalışır, onların təxminən 70%-i ABŞ-dadır. Şirkət rəhbərliyi yanvarda işçilərin bir hissəsini ixtisar etmək niyyətində olduğunu açıqlamışdı.

Milli Biznes İqtisadiyyatı Assosiasiyasının yanvarda açıqladığı hesablamalara görə, bir neçə ay ərzində ABŞ şirkətlərinin təxminən 20%-i iqtisadi vəziyyətin pisləşməsi səbəbindən işçilərini ixtisar edə bilər. Bu günə qədər The Walt Disney Company, Amazon, Meta, Twitter, Alphabet, Microsoft, Boeing və başqaları tərəfindən işçilərin ixtisarı elan edilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol