Martda aşkarlanan minaların sayı açıqlanıb- RƏSMİ
İşğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlanıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Aprelin 3- də Laçında 3 ədəd tank əleyhinə mina aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Azərbaycanda İkinci Qarabağ Müharibəsindən sonra ümumilikdə 285 nəfər minaya düşüb, onlardan 130 nəfəri mülki şəxs, 155 nəfəri isə hərbi qulluqçu olub.
Aytac Zeynalova
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























