Fazil Mustafanın bu günlərdə evə buraxılması gözlənilir

Fazil Mustafanın səhhəti yaxşılaşıb və bu günlərdə onun evə buraxılması gözlənilir. Bunu anews.az-a açıqlamasında deputatın köməkçisi Əjdər Əliyev deyib.
"Fazil bəyin sağalması prosesi normal gedir,yaxşıdır. Yaxın günlərdə xəstəxanadan çıxması gözlənilir", - millət vəkilinin köməkçisi deyib.
Martın 28-də millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd təşkil olunub. Nəticədə atılan 7 güllədən ikisi deputata dəyib. Deputat iki əməliyyat keçirib.
Dövlət Təhükəsizlik Xidməti baş verən hadisəsini terror aktı kimi qiymətləndirib və hadisəni törədən şəxsə cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev yerli mətbuata açıqlamasında bildirib ki, hazırda şübhəli qismində 4 nəfər saxlanılıb. Yerli mətbuatda isə 6 nəfərin saxlanmasını xəbərləri yazılıb. Bəzi yerli KİV-də saxlanılan şəxslərin adları və fotoları da yayımlanıb. Rəsmi qurumlar hələlik bununla bağlı hər hansı bir açıqlama verməyiblər.
Hazırda deputatın yaşadığı ev hüquq-mühafizə orqanları tərəfindən qorunur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























