Keçmiş məmur həbsxanada ölüb - Azərbaycanda

Azərbaycanda məhbus xəstəlikdən ölüb. Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Müalicə Müəssisəsində müalicə alan 1971-ci il təvəllüdlü Yusif Dadaş oğlu Dadaşov xəstəlikdən vəfat edib. Qeyd edək ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin baş məsləhətçisi Yusif Dadaşov ötən ilin fevralında şöbənin inzibati binasında, xidməti otağında rüşvət alarkən Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























