• $
  • €
  • ₽
  • ₺
  • £

103 təcili yardım maşını erməniləri Xankəndinə aparıb - Həkim danışdı/VIDEO

103 təcili yardım maşını erməniləri Xankəndinə aparıb - Həkim danışdı/VIDEO
05.04.2023 10:10
Çərşənbə axşamı İrəvandan qayıdan 4 xəstəni Azərbaycan təcili yardım maşını Xankəndinə aparıb. Bu barədə hərbi ekspert Ədalət Verdiyev öz sosial hesabında paylaşıb edərək bildirib.
 
"Bu gün axşam İrəvandan Xankəndinə qayıdan 4 xəstəni bizim təcili yardım maşınları aparıb. Onlara tibbi yardım göstərilib. Xankəndinə həkimlərimiz ordudan əvvəl daxil olub. İnteqrasiya prosesini həkimlərimiz başlatdı. Digər xəstə emənilər bundan sonra 103 nömrəsinə müraciət edə bilərlər. Xəstə ermənilər özünü yaxşı hiss edir", - paylaşında qeyd olunub. 
 
Ermənistan vətəndaşları olan xəstələri Xankəndinə aparan 103 təcili tibbi yardımın həkimi Vilad Əliyev reporta açıqlama verərək bildirib ki, həmin xəstələri Xankəndi xəstəxanasına qədər aparıb orada təhvil veriblər. 
 
 "Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi.Daha sonra onları bizim nəzarətimiz altında Xankəndində xəstəxanaya sağlam şəkildə çatdırdıq”, - həkim söyləyib.

Ermənistan mətbuatı bu barədə heç bir məlumat paylaşmayıb, əksinə Ermənistan vətəndaşlarının halını pisləşdiyini qeyd edərək aksiya edən ekofəalların fəaliyyətini pisləyib. 
 
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 

 

 

 
Gülnar Nazimqızı 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol