İsmayıllıda samovar oğrusu tutulub

İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yerləşən evlərdən silsilə oğurluqlar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ümumilikdə 6 evdən samovar və mis materialdan olan digər məişət əşyalarını oğurlayan naməlum şəxs zərərçəkənlərə 2300 manat maddi ziyan vurub.
Keçirilən əməliyyat nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin elə həmin kənd sakini Raqub Hacılı olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı samovarları rayon ərazisində ayrı-ayrı misgərlərə satdığı məlum olub.
Davam etdirilən tədbirlərlə həmin əşyaların da əksəriyyəti satdığı şəxslərdən götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























