Martda elmi dərəcə verilməyən şəxslərin sayı açıqlanıb

2023-cü ilin martında 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.
Həmin müddətdə 59 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 41 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 2 nəfərə isə imtina cavabı gəlib.
Bu ilin fevralında 22 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 4 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.
2022-ci ildə ümumilikdə 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Bundan başqa, keçən il müddətində 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib.
Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə isə imtina cavabı gəlib.
Bundan başqa, 2022-ci ildə 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 29 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə imtina verilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























