Naxçıvanda jurnalistlərə 3 aydır maaş verilmir- İDDİA/AÇIQLAMA

Naxçıvanda bir qrup jurnalistlərə üç aydan artıqdır ki, maaş verilmir. Bu barədə "Gündəlik Naxçıvan" a adının çəkilməyini istəməyən bir neçə jurnalist müraciət edib.
Həmin jurnalistlərin "Naxçıvan Televiziyası", "Naxçıvanın səsi" radiosu, "Şərq qapısı" qəzetinin əməkdaşları olduğu bildirilib.
Jurnalistlər açıqlamasında deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi olmayıb.
"Naxçıvanda hakimiyyət dəyişdikdən sonra maaş ala bilməmişik. Heç vaxt belə olmamışdı. Rəhbərlik deyir ki, bizlik deyil, büdcədə pul yoxdur deyə, pul köçürülmür. Etiraz edəni işdən çıxarmaqla hədələyirlər. Bizim də ailəmiz var, maaşsız necə dolana bilərik? Yuxarı qurumlardan xahiş edirik ki, problemin həll olunmasında bizə kömək etsinlər",- jurnalistlər bildirib.
Məsələ ilə bağlı adı çəkilən media orqanları ilə əlaqə saxladıq, adlarının çəkilməyini istəməyən jurnalistlər bildirdilər ki, yayılan məlumatlar həqiqəti əks etmir.
Jurnalistlər vurğlayıb ki, maaşlarını vaxtında alırlar və heç bir şikayətləri yoxdur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























