Bu məhsulların üzərində mal əti yazıldı, tərkibində mal DNT-si aşkarlanmadı

Qida Təhlükəsizliyi Agentliyi kolbasa və sosiska məhsullarında aparılan yoxlamalar zamanı 9 məhsulda uyğunsuzluq müəyyən edib. Bu barədə agentliyin açıqlamasında bildirilib.
Uyğunsuzluq aşkar edilən kolbaaslarda aşkar edilən nöqsanlar aşağıdakı kimi təsdiqlənib.
"Səhliyalı" müəssisəsinin yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb. "Kəndli"nin bişirilmiş hisə verilmiş kolbasasında üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si müəyyən olunub. "Dilim-Dilim"in bişmiş "Lyubitelskaya" kolbasası, "Əsl Dad"ın bişmiş "Toyuq" kolbasası və bişmiş "Doktorskaya" kolbasasında təhlükəsizlik göstəricilərində uyğunsuzluq təsdiqlənib. "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "Sevimli Dad" əla növ südlü sosiskasında üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si müəyyən edilməyib. "Halal 5+" "Sacüstü" halal sosiskasında üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "Ovçular" "Külləmə" halal sosiskasında Təhlükəsizlik göstəricilərində uyğunsuzluq qeyd olunub.
Belə ki, laborotoriya yoxlanmasında ümümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Onlardan 80 məhsul normativ tələblərə cavab verib.
Cari dövr ərzində yoxlamaya 52 adda kolbasa,32 adda isə sosiska cəlb olunub.
AQTA istehlakçılara müraciət edərək bildirib ki, hər hansı məhsulda şübhəli və neqativ hal aşkar edərlərsə 1003 Çağrı Mərkəzinə müraciət etsinlər.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























