• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədov ailəsi ilə Dubayda

Tağı Əhmədov ailəsi ilə Dubayda
22.03.2014 10:47
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov vəzifəsindən azad ediləndən sonra bir sıra müstəqil və müxalif KİV-lərdə onun ölkəni birdəfəlik tərk etməyə çalışdığına dair informasiyalar yayıldı.Mətbuatda hətta belə xəbər də yayıldı ki, hakimiyyət orqanları metropolitendə korrupsiya faktları ilə bağlı xüsusi araşdırma aparılması zərurəti ilə əlaqədar T.Əhmədova ölkəni tərk etmək yasağı qoyub.Virtualaz.org saytı isə öz mötəbər mənbələrinə istinadən digər informasiyalar əldə edib. Məlumata görə, T.Əhmədov Azərbaycanı doğrudan da tərk edib. Bakı metrosunun keçmiş şefi ailə üzvləri ilə birlikdə hazırda Dubayda günəş vannası qəbul edir. Keçmiş məmur və ailə üzvləri dəbdəbəli “Atlantis” otelində yerləşiblər.Qeyd edək ki, ərəb səhrasına səyahət edənlər arasında populyar olan beşulduz “Atlantis” lüks otellərdən sayılır. Burada qalmaq orta dərəcəli azərbaycanlı məmurun cibinə, daha doğrusu, maaşına uyğun deyil, yəni çox bahalıdır. Amma vəzifəsini itirmiş azərbaycanlı məmur və ailə üzvləri bu dəbdəbəli otelin apartamentlərində korluq çəkmədən yaşayırlar.Məlumata görə, T.Əhmədov Azərbaycana martın 26-da qayıtmağı planlaşdırır. Güman edirik ki, o vaxta qədər Baş Prokurorluğun haqq-ədalət tərəfdarı olan müstəntiqlərində də metronun keçmiş rəisinin gəlirinin mənbəyi haqda suallar yaranmalıdır.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol