Hacı Şahinin yerinə təyinat olacaq

Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra Məşədi Dadaş məscidinə din xadimi təyin olunacaq. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Məscidin əvvəlki din xadimi Hacı Şahin Həsənli olub.
Hacı Şahinin ölümündən sonra məsciddə dini ayinləri İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir.
Hacı Şahin 2013-cü ildə "Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
Bu yaxınlarda Milli Məclisin deputatı Zahid Oruc İranla bağlı açıqlamasında Hacı Şahinin ölümünün müəmmalı olduğunu vurğulamışdı.
Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























