• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 10-dan çox tibb müəssisəsində stasionar fəaliyyət dayandırılıb

Bakıda 10-dan çox tibb müəssisəsində stasionar fəaliyyət dayandırılıb
06.04.2023 18:11
Bakıda 10-dan çox tibb müəssisəsində stasionar fəaliyyət dayandırılıb, çarpayı fondu ləğv edilib.

Bu barədə TƏBİB-dən məlumat bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nın 13 mart 2023-cü il tarixli əmrinə əsasən Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Zabrat Müalicə Diaqnostika Mərkəzi, Kürdəxanı Sağlamlıq Mərkəzi və Zirə Müalicə Diaqnostika Mərkəzində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondunun ləğv edilməsi, yalnız ambulator-poliklinik fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.

Məqsəd ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, ambulator-poliklinik fəaliyyətin müasir tələbatlara uyğun şəkildə təşkil olunmasıdır.

Qeyd edək ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-də onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib. Bundan sonra 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çarpayıların yığışdırılması, xəstəxanada dəyişiklik edilməsi və sağlamlıq mərkəzinə çevrilməsinə dair məlumat var idi.

TƏBİB-dən qeyd edilib ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına baş həkim vəzifəsinə yeni təyinat yoxdur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol