• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Türkiyədəki səfirliyində Novruz şənliyi - FOTOLAR

Azərbaycanın Türkiyədəki səfirliyində Novruz şənliyi - FOTOLAR
22.03.2014 09:54
Qonaqlara milli musiqilərimizin sədaları altında ölkəmizin ənənəvi mətbəxinə məxsus ləziz yeməklərin də olduğu ziyafət verilib

Azərbaycanın Türkiyədəki səfirliyində Novruz bayramı münasibətilə şənlik keçirilib. Səfirlikdən verilən məlumata görə, tədbirdə Türkiyə Respublikası Prezident Administrasiyasının Rəhbəri Mustafa İsen, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezqin, iqtidar partiyası olan AKP-nin deputatı Tülay Selamoğlu başda olmaqla çox sayda millət vəkili, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, incəsənət və elm xadimləri, diaspor nümayəndələrimiz, Ankarada təhsil alan tələbə və polis akademiyası kursantlarımız, eləcə də KİV nümayəndələri iştirak ediblər.Səfir Faiq Bağırov qonaqları salamlayıb, Novruzun mahiyyətini və əhəmiyyətini anladan çıxışının ardından Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətini oxuyub.Ardından qonaqlara milli musiqilərimizin sədaları altında ölkəmizin ənənəvi mətbəxinə məxsus ləziz yeməklərin də olduğu ziyafət verilib. Səfirliyimizin həyətində yandırılmış Novruz tonqalı qonaqlara şən və gözəl dəqiqələr yaşadıb, gənclərin milli musiqilərimizlə etdiyi rəqslər şənlik iştirakçılarına əsl bayram əhval ruhiyyəsi yaşadıb. Tədbir iştirakçılarına türk dilində nəşr olunan "İrs-Miras" jurnalının yeni çap olunmuş növbəti sayı təqdim olunub.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol