“Notariat haqqında” qanuna dəyişiklik I oxunuşda təsdiqlənib

Azərbaycanda notariuslar xarici rəsmi sənədləri şəhadətnamə (apostil) verildikdə leqallaşdırmadan qəbul edə biləcək.
Dəyişikliklə müvafiq qanun layihəsinə əsasən, notariuslar "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və yaxud elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə verildikdə leqallaşdırmadan qəbul edə biləcəklər. Bu zaman elektron formada verilmiş şəhadətnamə bu qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul ediləcək.
Digər bir dəyişikliklə isə notariuslar tərcüməçinin gücləndirilmiş elektron imza ilə təsdiq etdiyi tərcüməni özləri də təsdiq edə biləcək. Layihəyə əsasən, bu halda, notarius tərcümənin mətninə görə məsuliyyət daşımayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























