Qanunsuz ağac kəsilməsi ilə bağlı sənədlər Prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Xətai, Sabunçu rayonlarında, İmişli və Quba rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Xətai rayonu, M.Hadi küçəsi 2944-cü məhəllədə "Bakı-İnşaat 2005” MTK, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi 3Q ünvanında "Sabah Tikinti” MMC, İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində "GP İmişli Cotton” MMC, Quba rayonu, Digah kəndi ərazisində isə "Yeni Bağ” MMC tərəfindən kəsildiyi məlum olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























