İctimai fəal saxlanılıb

Heyvan haqlarının müdafiəsilə məşğul olan ictimai fəal Nicat İsmayıl saxlanılıb. Bu barədə o facebook hesabında yazıb..
O, saxlanıldığını və harasa aparıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev anews-a bildirilib ki, ictimai fəalın saxlanılması ilə bağlı məlumat yoxdur.
İctimai fəalın yaxınlarından bildirildi ki, aprelin 7-də saat 11 radələrində o, Sabunçu rayonu, Zabrat qəsəbəsində avtomobildə gedərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
"Avtomobilin açarı alınıb. Saxlayanlar üç nəfər mülki geyimli olub. Onlar Nicata qarşı zor tətbiq ediblər. Onu başqa bir maşına mindirib, Respublika Narkoloji Mərkəzinə gətiriblər. Saat 12:30 radələrində oradan çıxarıb aparıblar. Saxlanma səbəbi məlum deyil”,- məlumatda vurğulanıb.
İctimai fəal bundan əvvəl 15 gün inzibati həbs cəzası alıb.
Nicat İsmayıl heyvan haqlarının müdafiəsilə məşğul olan bir neçə ictimai fəalla birlikdə "Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi haqda fikirlərinə görə məhkəmə hökmüylə 3 min manat cərimələnmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























