Sosial şəbəkədə milli mənəvi dəyərləri təhqir edən şəxs saxlanıldı

Paytaxt ərazisində narkokuryerlik etdiyini deyən və milli mənəvi dəyərlərimizi təhqir edərək sosial şəbəkələrdə video formasında paylaşan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sosial şəbəkələrdə bir nəfərin İranda yaşayan "Məhəmməd” adlı şəxsin göstərişi ilə Bakı şəhərində narkokuryerliklə məşğul olduğunu və milli mənəvi dəyərlərimizin təhqirinin əks edildiyi video görüntülər yayılıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbir nəticəsində həmin şəxs əvvəllər məhkum olunmuş Şükür Mirzəyev Abşeron rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin, marixuana və narkotiklərin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik bank kartı aşkar edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























