Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Xudat-Bakı, Bakı-Xaçmaz-Bakı, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı, Bakı-Şabran-Bakı şəhərlərarası, eləcə də Mingəçevir 5 və 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Nazirliyin Məlumatına görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri aprelin 27-si saat 17:00-a qədər, ixtisas məlumatlarını isə mayın 18-i saat 17:00-a qədər AYNA-ya (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























