• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı məktəblərin yeməkxanalarında monitorinqlər aparılır

Bakıdakı məktəblərin yeməkxanalarında monitorinqlər aparılır
07.04.2023 18:46
Bakıdakı məktəblərin yeməkxanalarında iaşə xidmətlərinə, qidaların keyfiyyətinə nəzarət məqsədilə müvafiq dövlət qurumları tərəfindən monitorinqlər aparılır.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Paytaxtdakı ümumi təhsil müəssisələrində iaşə xidmətinin təşkilində müvafiq qaydaların tələbləri əsas götürülməklə, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir.

Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında qərarına, Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartına və Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır.

Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartına əsasən, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı müəyyən olunub.

Təhsil haqqında qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilir.

Təhsili idarəetmə qurumları bu istiqamətdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol