• $
  • €
  • ₽
  • ₺
  • £

Surxanını 4 vəzifəli şəxs zəbt edib - Deputat

Surxanını 4 vəzifəli şəxs zəbt edib - Deputat
07.04.2023 20:58
Suraxanıda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb və bu rayonu 4 vəzifəli şəxs işğal edib. Bunu Milli Məclisin 7 aprel iclasında deputat Etibar Əliyev  "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun müzakirəsi zamanı deyib.


"Mən açıq danışacağam. Çox vaxt ictimai maraqları şəxsi maraqlara qurban veririk. Adını çəkdiyim bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov ,14 il sonra bu rayonda icra başçısı işləmiş İlqar Abbasov rayonun nə torpağı varsa hamısını satıb zəbt ediblər. Bunlara qoşulanlardan biri də 30 il Suraxanı mənzil kommunal təsərrüfat birliyinin sədri Mais Məmmədov, Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. Təsəvvür edin, 220 min əhalisi olan rayonda bir peşə məktəbi yoxdur. Lakin onlarla pub-restoranlar, qəlyanxanalar, diskoteka-klubları var. Peşə təhsilinə təlabatı hamı bilir. Ancaq bu adamların əlindən gələcəkdə peşə təhsilinin məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mais Məmmədov hasara alıblar. Bəzən deyirik ki, dənizi hasara alıblar. Onlar isə bu əraziləri hasara alıblar",- deputat bildirib.

Etibar Əliyev həmin torpaqların necə zəbt olunmasının araşdırılmasını təklif edib.

Millət vəkiki vurğulayıb ki, prezidentin 2021-ci il bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında fərmanı olsa da hələ
indiyə qədər əmlak bələdiyyələrə verilməyib. 
 
Zinyət
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol