Xaçmazda ev yanıb, ər-arvad ölüb

Xaçmazda iki nəfər yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanmış evdən 60 yaşlı Aslan Tarıverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə Tarıverdiyevanın yanmış meyitləri aşkarlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























