• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş arvadını oğurlayan şəxsə cəza verildi

Keçmiş arvadını oğurlayan şəxsə cəza verildi
10.04.2023 19:00
Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda keçmiş arvadını oğurlamaqda təqsirləndirilən Namiq Yusifovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Yusifov dörd il müddətinə azadlıqdan məhrum edilib.

1992-ci il təvəllüdlü Namiq Yusifov keçmiş həyat yoldaşı Nailə Əsədovanı Abşeron rayonunda tanışının avtomobili ilə zorla qaçıraraq yaşadığı İsmayıllı rayonuna gətirib. O, yolda gələrkən əyləşdiyi maşının qabaq oturacağından çevrilərək arxa oturacaqdakı sabiq həyat yoldaşının sifət nahiyəsindən yumruqla qəsdən üç-dörd dəfə vurub. Bir neçə gündən sonra Namiq qadını geriyə qaytararaq onun Ağsu rayonu ərazisindəki qohumlarına təhvil verib.

Namiqlə Nailə 2016-cı ildə ailə qurub, 2019-cu ildə isə ayrılıblar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol