• $
  • €
  • ₽
  • ₺
  • £

İki azyaşlını xilas edən 15 yaşlı qəhrəmanın müalicəsi üçün 800 manata ehtiyacı var

İki azyaşlını xilas edən 15 yaşlı qəhrəmanın müalicəsi üçün 800 manata ehtiyacı var
10.04.2023 10:57
Üzərinə qaynar qır qazanı aşan yeniyetmənin müalicəsinin davam etdirə bilməsi üçün yenidən sizin yardımınıza ehtiyacı var. Bu barədə onun anası Allahverdiyeva Gülnarə məlumat verib.

O qeyd edib ki, hadisədən artıq bir il ötür.

Belə ki, həyətdə tikintidə istifadə etmək üçün bitum-neft qarışığı (qır) qaynadılırmış. Bu zaman həyətdə oynayan iki azyaşlı qazana yaxınlaşıblar. Sənan azyaşlıları qorumaq üçün onları kənara çəkib, lakin ayağı sürüşərək yıxılıb. Bu zaman qır onun üzərinə dağılıb. Nəticədə 15 yaşlı Sənanın üzü və bədəninin müxtəlif hissələri ağır şəkildə yanıb.

O, dörd dəfə dəriköçürmə əməliyyatı keçirib. Bu əməliyyatların hamısı yardımsevər insanların sayəsində həyata keçirilib. Sənan onların sayəsində sağlamlığına qovuşmaq üzrədir. Bunun üçün lap az qalıb.

Gülnarə Allahverdiyeva bildirib ki, övladının müalicəsini yekunlaşdırmaları üçün gücləri yoxdur:
"Biz hər ay Sənanı fizioterapiyaya aparmalıyıq. Yoxsa Sənanın keçirdiyi əməliyyatların da bir əhəmiyyəti qalmır. Sənan çox ümidlidir ki, sağalacaq. Çünki onun bu günlərə gəlməsi üçün çalışan xeyirxah insanlar bizi yarı yolda buraxmayacaqlar. Biz buna əminik. Yenidən həmin insanlara səslənirik. Xahiş edirik bizim balamıza yenidən kömək edin”.

Sənanın anası qeyd edib ki, bu mərhələdə onlara 800 manat lazımdır.

Qeyd: Sənanın vəziyyəti ilə tanış olmaq istəyənlər aşağıdakı əlaqə nömrəsindən ona görüntülü zəng də edə bilərlər.

Əlaqə nömrəsi: 055 727 05 48 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol