"Kəpəz" növbəti iki ev oyununu Qəbələdə keçirəcək

"Kəpəz" Azərbaycan Premyer Liqasında növbəti iki ev oyununu Qəbələdə keçirəcək. Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyətinin çempionat matçlarını qəbul etmək üçün yararsız hala düşməsidir.
Bununla əlaqədar PFL Qərb təmsilçisinin müraciət və təsdiq məktubunu nəzərə alaraq, aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib.
"Kəpəz" XXX turda "Turan Tovuz"la, XXXII turda isə "Sumqayıt"la Qəbələ şəhər stadionunda qarşılaşacaq. Matçlar müvafiq olaraq aprelin 15-i və 29-da olacaq və saat 16:00-da başlayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























