• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi ev verilib

Şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi ev verilib
10.04.2023 23:59
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Nazirlikdən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramının icra olunduğunu bildirib.

Sosial dəstək paketinin mühüm istiqamətlərindən biri - şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı İkinci Qarabağ müharibəsindən sonra 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.

Mənzillə təminat tədbirlərinin davamı kimi, bu gün Bakı və bölgələrdə daha 50 mənzil və fərdi ev təqdim edilir. 44 günlük Vətən müharibəsindən sonra 4560, ümumilikdə ötən dövrdə 13360 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Dövlət başçısının tapşırığı ilə bu il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ən azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.


Ölkə Prezidentinin fərman və sərəncamları ilə son 5 ildə 4 sosial islahat paketinin icra olunduğu, şəhid ailələri və müharibə iştirakçılarına yönələn sosial ödənişlərin də hər ilin əvvəlindən artırıldığı diqqət çatdırılıb.

Mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqlarını bildiriblər. Sosial məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə, bu gün isə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol