Güclü külək şimal regionunda yanğınlara səbəb oldu

Güclü külək səbəbindən kənddə 800 kvadratmetrlik kolluq ərazi yanıbBir neçə gündür ölkədə davam edən küləkli hava şəraiti şimal regionunda bir çox fəsadlar yaradıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, külək yanğınla müşahidə olunan fəlakətlərə səbəb olub. FHN Xaçmaz rayonu yanğından mühafizə bölməsinin verdiyi məlumata görə, Xaçmazın Ağyazı kəndində yanğın baş verib. Güclü külək səbəbindən kənddə 800 kvadratmetrlik kolluq ərazi yanıb. Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Bundan başqa güclü külək Xudat şəhərində də fəsadlar törədib. Burda isə vətəndaşa məxsus tövlə və çardaqa olan quru ot tamamilə yanıb. Yanğının evə keçməsinin qarşısı alınıb. Hər iki faktla bağlı araşdırmalar davam edir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























