Çörək sexlərində yenə nöqsan tapıldı, kif, göbələk... - VİDEO

Çörək sexlərində yenə nöqsan tapıldı - kif, göbələk və s.
Bəzi müəssisələrin hazırladığı çörəyin tərkibində zərəli maddələr aşkarlanıb. Kif və maya göbələkləri aşkarlanan çörəklərin istehsalı dayandırılıb.
Ramazan Nəbiyev qeyd edib ki, 11 çörək məhsulunu istehsal edən müəssisələrdə yoxlamalar keçirilib.
Onun sözlərinə görə, çörək-bulka məmulatlarında kif göbələyi, ilk olaraq, məhsulun qabığında görünür. Bu zaman çoxları sadəcə kifli hissəni kəsib götürsə də təhlükə bununla sovuşmur. Bəzi növ göbələklər isə əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır. (Xezerxeber.az)
www.anews.az
Bəzi müəssisələrin hazırladığı çörəyin tərkibində zərəli maddələr aşkarlanıb. Kif və maya göbələkləri aşkarlanan çörəklərin istehsalı dayandırılıb.
Bu Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda öz əksini tapıb.
AQTA-nın şöbə müdiri Ramazan Nəbiyevin sözlərinə görə , çörəkdə kif yaranmasının səbəbi istehsal zamanı sanitar normalara riayət olunmaması, məhsulun düzgün şəraitdə saxlanılmaması, çörəyin hazırlanmasında keyfiyyətsiz qida məhsullarından istifadə və çörəyin yarıçiy bişirilməsidir.
Qastroenteroloq Sevindik Arazov bildirib ki, çörəkdə olan kif göbələkləri insan sağlamlığı üçün çox təhlükəlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























