Apteklərdə xəbərsiz reydlər keçirilməlidir - Siyavuş Novruzov/VİDEO

Azərbaycanda apteklərdə xəbərsiz reydlər keçirilməlidir. Bunu deputat Sİyavuş Novruzov Milli Məclisin plenar iclasında "Dərman vasitələri haqqında” qanunun müzakirəsi zamanı deyib.
"Türkiyədə belə bir pratika var ki, səhiyyə nazirliyi nümayəndəsi adi geyimdə girib hər hansı bir aptekdən dərman alır. Və yoxlamaya aparır. Nəticə pis olanda həmin apteklər bağlanır. Həmin pratika bizdə də tətbiq olunmalıdır. Belə olarsa vaxtı keçmiş dərmanların satışının da qarşısı alınar", deputat bildirib.
Siyavuş ovruzov alman apreklərində dərmanların 20 dəfə baha satılmasından da gileylənib.
"Başa düşürük bunun müəyyən xərcləri var. Qoy satsınlar 3-5 dəfə baha,amma 20 dəfə artıq baha satmaq olmaz axı. 5 evroya olan dərman alman aptekdə 170 manata salır. Hətta eşitdiyimə görə xaricdə Azərbaycandan sifariş verən şəxslər həmin zavodda dərmanların tərkibinə müdaxilə etməklə sifariş verir ki, qiyməti ucuz olsun. Buna görə də dərmanların kefiyyəti olmur", - millət vəkili vurğulayıb.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























