Bakıda gənc qız ailəsinə şok yaşatdı

Bu gecə saat 02:00-da Bakının Suraxanı rayonu ərazisində 24 yaşlı qız özünü öldürmək istəyib.
Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsindən ANN.Az-a verilən məlumata görə, hadisə E.Məmmədov küçəsi 4 ünvanında baş verib.
Həmin ünvanda yaşayan Günel Nəbiyevanın yaxınları onu yerdə huşsuz vəziyyətdə tapıblar. Təcili olaraq hadisə yerinə həkim çağırılıb. Təcili yardım həkimlərinin səyi nəticəsində qız özünə gətirilib. Daha sonra onu xəstəxanaya aparıblar.
Araşdırmalar zamanı Günel Nəbiyevanın intihar məqsədilə çoxlu sayda dərman qəbul etdiyi məlum olub. Hələlik onun nə səbəbə özünü öldürmək istəməsi məlum deyil.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























