Prezident Naxçıvandakı səlahiyyətli nümayəndəsinə müavin təyin edib- SƏRƏNCAM/FOTO

Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
Bbununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Samir Seyidəhmədli bu vəzifəyə təyin edilənədək İqtisadiyyat Nazirliyində çalışıb. Onun son iş yeri nazirlik yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsi olub.
Samir Seyidəhmədli Dövlət Vergi Xidmətində iş karyerasına (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb. O, geridə qalan illərdə vergi sistemində müxtəlif vəzifələrdə, eləcə də Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi vəzifəsində çalışıb.
Ötən ilin sentyabrında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin edilən S.Seyidəhmədli bu təyinatdan 7 ay sonra Naxçıvana göndərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib