Bəsitçay Qoruğunda heyvanları izləmək üçün gizli kameralar quraşdırılıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində biomüxtəlifliyin qorunması və bərpa olunması istiqamətində işlər davam etdirilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Elşad Allahverdiyev deyib.
O bildirib ki, ilk olaraq Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına başlanılıb: "Belə ki, ərazidə flora və faunanın monitorinqi aparılır. Qoruq ərazisində olan heyvanları izləmək üçün gizli müşahidə kameralar quraşdırılıb. Eyni zamanda xüsusi mühafizə olunan təbiət qoruğu ərazilərində - Daşaltı, Qaragöl, Arazboyu və digər qoruqlarda da bərpa işləri aparılacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























