Aprel-iyunda çaylarda sululuq aşağı olacaq - Rəsmi

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyunda (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində aparılan qarölçmə işləri başa çatıb.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Yeniavaz.com-a bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub.
Qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı normadan və ötən il ilə müqayisədə az olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























