• $
  • €
  • ₽
  • ₺
  • £

Cari ilin birinci rübündə 87 mindən çox Asan İmza sertifikatı verilib

Cari ilin birinci rübündə 87 mindən çox Asan İmza sertifikatı verilib
11.04.2023 17:03
Cari ilin yanvar-martında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 148075 şəxs qəbul edilib və onlara 281491 sayda xidmət göstərilib ki, bunlardan 80 minə qədəri şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 69 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

"APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, rüb ərzində göstərilmiş ümumi elektron xidmətlərin 88,4%-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
 
vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzin verilməsi;

vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Asan İmza sertifikatlarının verilməsi;

vergi ödəyicisinə arayışların verilməsi;

vergi ödəyicisinin fəaliyyətinin bərpası;

fiziki şəxsin uçotdan çıxarılması.

Bu ilin yanvar – martında 1015 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1381 ödəyiciyə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 6,7 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 481 minə yaxın SMS göndərilib.

Birinci rüb ərzində ümumilikdə 58316 müraciət üzrə 87587 Asan İmza sertifikatı verilib. 3700-dən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol